Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-87/2026 10.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarayeva Şəhla Mahir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "ölümün qeyd edilməsi faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1969-cu il mart ayının 10-da Qəbələ rayonu X25ində doğulmuş mərhum X1 1993-cü il iyul ayının 06-da Qəbələ rayonu X25ində “ürək tutmadan (infarkt)” xəstəliyindən ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci il tarixdə Qəbələ rayonu, X25ində anadan olmuşdur. X4, anası isə X8 olmuşdur. X23 xx.xx.2015-ci il tarixdə, anası Dəstə Surxayeva isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Atası ilə anasının birgə nikahından xx.xx.1969-cu il tarixdə X13 adlı bacısı anadan olmuşdur. Lakin bacısı olan Afət Surxayeva gənc yaşlarında, yəni 24 yaşında vəfat etmişdir. Bacısnın vəfatı xx.xx.1993-cü il tarixdə baş vermişdir. X1 xx.xx.1993-cü il tarixdə vəfat etməsi X25 İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş arayışlada təsdiq olunmaqdadır. Bacısının ölümünü məhkəməyə dəvət ediləcək şahidlər də təsdiqləyə bilərlər. X5 vəfat edən zaman o, İ Qarabağ müharibəsində olmuşdur. Atası və anası isə yaşlı insanlar olduğundan ölüm haqqında şəhadətnamə almamışlar. Bu yaxınlarda anasının ölümündən sonra atasından və anasından qalan miras əmlaka dair vərəsəlik işi açılan zaman mərhum X1 ölüm haqqında şəhadətnaməsinin olmaması ona məlum olmuşdur. Afət Surxayevanın ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik işlərinin davam etdirilməsi mümkün olmamışdır. Mərhum X5na ölüm haqqında şəhadətnamə almaq üçün Qəbələ regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X7 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirir ki, X5 çoxdan vəfat etdiyindən onun doğum şəhadətnaməsi də evdə tapılmamışdır. Doğum şəhadətnaməsinin surətinin verilməsi üçün də Qəbələ regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin həmin orqan tərəfindən ona verilmiş xx.xx.2026-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “bacım X13 xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu, X25ində anadan olmuşdur. X4, anası X6r. Lakin bacısının ölüm haqqında akt qeydi aşkar olunmadığına görə doğum haqqında arayış verilməsindən imtina olunmuşdur”. Göründüyü kimi bacısının doğum haqqında arayışı var, sadəcə ona verilməsi mümkün olmamışdır. Ərizəyə əlavə edilmiş Qəbələ regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2026-ci il tarixli imtina məktubundan müəyyən olunur ki, X1 doğum haqqında şəhadətnaməsi mövcuddur, sadəcə olaraq ona verilmir. Bu səbəbdən X7 doğum haqqında şəhadətnaməsi məhkəmə tərəfindən sorğu edilərək iş materiallarına əlavə edilməli və bu hal ərizənin geri qaytarılması üçün əsas ola bilməz. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.8-ci bəndində göstərilmişdir ki, Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hal-hazırda da Qəbələ regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi imtina məktubu vermişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəmənin sualına cavab olaraq bildirdi ki, bacısının “ürək tutma (infarkt)” xəstəliyindən ölməsi ilə bağlı hər hansı bir sübutu yoxdur. Maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, ərizəçi onun qonşusudur. Belə ki, onlar qonşu olduqlarından uşaq vaxtından bir yerdə böyümüşdürlər. Ərizəçinin mərhum bacısını da xatırlayır. Onun ürək çatışmazlığı olmuşdur, ona görə də vəfat etmişdir. X17 X25inin aşağı hissəsində yerləşən qəbirstanlıqda dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, ərizəçinin uzaq qohumudur. Təxminən 40-45 ildir ki, davam edən qohumluq münasibətləri var. Ərizəçinin mərhum bacısı Afət Surxayevanın ürəyində problem olduğunu deyirdilər. İyul ayı idi, evlərində ölmüşdü. Yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, ərizəçinin qardaşıdır. O, 1980-ci ildə ailə qurub ata evindən ayrılmışdır. Ata evində hazırki iş üzrə ərizəçi olan qardaşı Ərizəçi qalmışdır. Mərhum bacıları Afət Surxayeva da ata evində yaşamışdır. O, ürək çatışmazlığından əziyət çəkmiş və 06 iyul 1993-cü ildə yaşadığı evdə ölmüş, X25ində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 yanvar 2026-cı il tarixli, 3-16-5/8-xx-xx/2026 nömrəli məktubdan görünür ki, X13 xx.xx.1969-cu il tarixdə Qəbələ rayonu X25ində anadan olmuşdur. X4, anası X6r. İş materiallarında olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2026-cı il tarixli, 316-5/8-15-1174/2026 nömrəli məktubdan görünür ki, Qəbələ rayon qeydiyyat şöbəsi, Qəbələ rayon Çuxur Qəbələ və Qəbələ rayon Mirzəbəyli kənd icra nümayəndəliyi üzrə 1990-1996-ci illərə dair ölüm haqqında akt qeydləri yoxlanılmış, X7 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan Qutqaşen rayonu, Mirzəbəyli kənd soveti tərəfindən verilmiş 07 fevral 1975-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci ildə 17 № ilə qeyd edilmişdir. X4, anası X6r. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının X25 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2026-cı il tarixli, 5-59-20/2-11/2026 nömrəli arayışdan görünür ki, xx.xx.1993-cü il tarixdə X2 rayonu X25ində vəfat etmişdir və həmin ünvanda kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə Qəbələ Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi bacısının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1969-cu il təvəllüdlü X7 06 iyul 1993-cü il tarixdə Qəbələ rayonu X25ində vəfat etməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, ərizəçi ərizədə və məhkəmədə verdiyi izahatında bacısının “ürək tutma (infarkt)” xəstəliyindən ölməsini bildirsədə də bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi mərhum bacısı xx.xx.1969-cu il təvəllüdlü X7 06 iyul 1993-cü il tarixdə Qəbələ rayonu X25ində vəfat etmiş və Qəbələ rayonu X25ində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi mərhum bacısı xx.xx.1969-cu il təvəllüdlü X7 06 iyul 1993-cü il tarixdə Qəbələ rayonu X25ində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(5-137)-87/2026
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-87/2026
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver