Məhkəmə qərarları › İş №e-2(5-152)-13/2026

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-152)-13/2026

16.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(5-152)-13/2026 16.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi vəkili Nümayəndə mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi vəkili Nümayəndə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, X1 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə məndən 21.300 manat məbləğində borc pul almışdır. Maraqlı şəxs aldığı pulun 3000 manatını xx.xx.2025-ci il tarixdə, 2000 manatını xx.xx.2025-ci il tarixdə, qalan hissəsini isə 2026-cı ilin yanvar ayından başlayaraq hər ayın 1-5 aralığında hər ay 1000 manat olmaqla, ona geri qaytaracağına söz vermişdir. Aralarında olan borcun təsdiqi və qaytarılma şərtləri ilə bağlı Bakı 13 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01272 nömrəli “Barışıq sazişi” mövcuddur. Maraqlı şəxs barışıq sazişinin təsdiq olunduğu tarixdən bu gündən kimi ona heç bir ödəniş etməmişdir. Hazırda müxtəlif bəhanələr gətirməklə öhdəliyini icra etməkdən yayınır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Odur ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə X1 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; X1 tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişindən görünür ki, onlar aşağıdakı razılığa gəlmişlər: 1-ci tərəf X3 2-ci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixində 21 300 (iyimi bir min üç yüz) manat məbləğində borc vermiş, 1-ci tərəf Maraqlı şəxs borcu almış və bu faktı hal hal-hazırda təsdiq edirlər. Hazırki saziş həmin borcun qaytarılması şərtlətini müəyyən edir. 2-ci tərəf Maraqlı şəxs Abllulağı qızı öhdəlik götürür ki, 1-ci tərəf X2 xx.xx.2025-ci il tarixində aldığı 21300 (iyimi bir min üç yüz) manat məbləğində borcun 3000 (üç min) manat məbləğində hissəsini xx.xx.2025-ci il tarixində, 2 000 (ki min) manat məbləğində hissəsini xx.xx.2025-ci il tarixində və qalan 16 300 (on alt min üç yüz) manat məbləğində hissəsini isə 2026-cı ilin yanvar ayından başlayaraq hər ayın 01-05-i aralığında hər ay 1000 (bir min) manat olmaqla 1-ci tərəf Ərizəçi ödəyəcəkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 tərəfindən xx.xx.2025-ci ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq etməklə razılığa gəlmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra etmədiyi üçün hazırda ərizəçi bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1-ci tərəf X3 2-ci tərəf Maraqlı şəxs xx.xx.2025-ci il tarixində 21300 (iyimi bir min üç yüz) manat məbləğində borc vermiş, 1-ci tərəf Maraqlı şəxs borcu almış və bu faktı hal hal-hazırda təsdiq edirlər. Hazırki saziş həmin borcun qaytarılması şərtlətini müəyyən edir. 2-ci tərəf Maraqlı şəxs Abllulağı qızı öhdəlik götürür ki, 1-ci tərəf X2 xx.xx.2025-ci il tarixində aldığı 21300 (iyimi bir min üç yüz) manat məbləğində borcun 3000 (üç min) manat məbləğində hissəsini xx.xx.2025-ci il tarixində, 2000 (ki min) manat məbləğində hissəsini xx.xx.2025-ci il tarixində və qalan 16300 (on alt min üç yüz) manat məbləğində hissəsini isə 2026-cı ilin yanvar ayından başlayaraq hər ayın 01-05-i aralığında hər ay 1000 (bir min) manat olmaqla 1-ci tərəf Ərizəçi öz öhdəsinə götürür. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar