Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(5-155)-875/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə (açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Cavabdeh ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2025-ci ildə MŞS/MT030/2025/02106 saylı mediasiya işi üzrə bağlanmış barışıq sazişinin Cavabdeh ona 9000 (doqquz min) manat məbləğində borclu olmasının etirafına dair 1-ci bəndinin və borclu olduğu 9000 manat məbləğində puldan xx.xx.2025-ci ildən başlayaraq 300 manat vəsaiti hər ayın sonundan gec olmayaraq ona ödəyəcəyinə razılaşaraq öhdəlik götürməsinə dair 2-ci bəndinin təsdiq edilməsi, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 325 manat pulun ondan onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs Cavabdeh ilə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2025ci ildə MŞS/MT030/2025/02106 saylı mediasiya işi üzrə barışıq sazişi bağlanmış və həmin sazişin 1-ci bəndində Cavabdeh ona 9000 (doqquz min) manat məbləğində borclu olduğunu etiraf etmiş,2-ci bəndində isə borclu olduğu 9000 manat məbləğində pulu xx.xx.2025-ci ildən başlayaraq 300 manat vəsaiti hər ayın sonundan gec olmayaraq ona ödəyəcəyinə razılaşaraq öhdəlik götürmüşdür. Lakin o sazişin bu şərtlərinə əməl etməmiş və borcdan bir manat da olsun ödəməmişdir. O, həmin vəsaitin ödənilməsi ilə bağlı maraqlı şəxs Cavabdeh pretenziya göndərmiş, lakin maraqlı şəxs onun müraciətini cavablandırmamışdır. Bundan əvvəl isə o, cavabdehin aldığı pulu qaytarmaması ilə bağlı polisə şikayət etmiş, lakin onun barəsində cinayət işinin başlanılması rədd olunmuş və ona izah edilmişdir ki, o, mülki qaydada məhkəməyə müraciət etməlidir. Buna görə də o, həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunmasını tələb etməyə məcbur olmuşdur.
b) tələbə etiraz
3. Maraqlı şəxs tərəfindən tələbə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-02106 nömrəli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh aşağıdakı şərtlərlə razılığa gəlmişlər: “1.Mediasiya prosesində - hər iki tərəf - Cavabdeh ilə İddiaçı könüllü iştirak etdilər. Mediasiya prosesində - Cavabdeh İddiaçı 9000 (doqquz min) manat borcu olduğunu təsdiq etdi.
2. Mediasiya prosesində-Cavabdeh İddiaçı borclu olduğu məbləği yəni 9000 (doqquz min) manatı xx.xx.2025-ci il tarixindən başlayaraq 300 (üç yüz) manat vəsaiti hər ayın sonundan gec olmayaraq İddiaçı ödəyəcəyinə razılaşaraq öhdəlik götürdü.”
7. xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna 325 manat pul ödənilmişdir.
b) mülki iş üzrə tətbiq edilən hüquq
8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır; Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
c) məhkəmənin mövqeyi
10. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
11. Məhkəmə araşdırması zamanı MPM-nin istinad olunan normalarında qeyd olunan hallar - tərəflər arasındakı barışıq sazişinin qanunazidd olması, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilməmişdir.
12. Məhkəmə qeyd edir ki, MPM-nin qeyd olunan normalarında göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-nin həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir.
13. Odur ki, ərizə təmin edilməli, İddiaçı maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-02106 nömrəli barışıq sazişi təsdiq edilməlidir.
14. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu və vəkil orderinə görə ödənilmiş 325 manat maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır.
Nəticə hissəsi:
15. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-02106 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. Mediasiya prosesində - hər iki tərəf - Cavabdeh ilə İddiaçı könüllü iştirak etdilər. Mediasiya prosesində - Cavabdeh İddiaçı 9000 (doqquz min) manat borcu olduğunu təsdiq etdi.
2. Mediasiya prosesində - Cavabdeh İddiaçı borclu olduğu məbləği, yəni 9000 (doqquz min) manatı xx.xx.2025-ci il tarixindən başlayaraq 300 (üç yüz) manat vəsaiti hər ayın sonundan gec olmayaraq İddiaçı ödəyəcəyinə razılaşaraq öhdəlik götürdü.” 100 manat dövlət rüsumu və vəkil orderinə görə ödənilmiş 325 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva