Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-282/2026 20.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış mediasiya prossesi nəticəsində 25 oktyabr 2021-ci il tarixli, 2021-004430 nömrəli “Barışıq Sazişinin” 2.1.1-ci bəndinin (Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X5 üçün hər ay 140 (yüz qırx) manat məbləğində aliment ödəyəcək və alimentin ödəmə tarixi 2021-ci ilin oktyabr ayından hesablanacaq) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 06 noyabr 2016-cı il tarixdə Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD üzrə nümayəndəliyində nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdurlar. Birgə nikahlarından 2017-ci il tarixdə Elif adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra fikir ayrılıqları olmuş, xasiyyətləri uyğun gəlməmiş və aralarında söz-söhbət yarandığını bildirmişdir. Sonra nikahlarının pozulması məqsədi ilə mediasiyaya müraciət edilmişdir. Mediasiyada tərəflər arasında qarşılıqlı razılıqla 25 oktyabr 2021-ci il tarixli, 2021-004430 nömrəli “Barışıq Sazişi” imzalanmışdır. Həmin “Barışıq sazişi”nə əsasən: 2.1.1. Tərəflərin hər ikisi nikahın pozulmasına razr oldular. Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X5 üçün hər ay 140 (bir yüz qırx) AZN məbləğində aliment ödəyəcək və ödəmə 2021-ci il oktyabr ayından etibarən hesablanacaq. Tərəflərin övladı olan X5, ana X1 himayəsində qalacaq. X1 özünə məxsus şəxsi və gəlinlik əşyalarının Maraqlı şəxs tərəfindən X2 tamamilə qaytarılması da razılaşdırılmışdır. Qızıl-zinət əşyalarının isə X1 özündə olması ilə tərəflər razılığa gələrək heç bir tələbin olmamasını bildirmişdirlər. Evdən istifadə hüququna gəldikdə isə X3 bu tələbini də geri götürərək qarşı tərəflə razılığa gəlmişdirlər. Sonra isə o, Şəki Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(075)-2642/2021 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, tərəflər arasında qarşılıqlı razılıqla imzalanmış 25 oktyabr 2021-ci il tarixli, 2021-004430 nömrəli “Barışıq Sazişi”nə əsasən birgə nikahdan olan uşaqları xx.xx.20217-ci il təvəllüdlü X4 anası X1 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdırılması nəzərə alınması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizəsinin təmin olunmasını xahiş etmiş, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iş üzrə Maraqlı şəxs barışıq sazişinin 2.1.1-ci bəndi üzrə öhədliklərini yerinə yetirir, aliment pulunu ödəyir. Lakin o, həmin məbləğlə razı deyil, alimentin artırılmasını istəyir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiqi edilmiş; Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, MŞŞ/MT- 018/2021-004430 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilməsi ilə bağlı mediasiya prosesinə xitam verilmişdir. Maraqlı şəxs ilə X3 arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli “Barışıq Sazişi”nə əsasən onlar birgə nikahlarından olan uşaqları X4 anası X1 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ayın ilk həftəsi ərzində hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsi barədə razılaşmışlar. Şəki Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(075)-2642/2021 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs ilə X3 arasında xx.xx.2016-cı il tarixdə Şəki şəhər İHBnin Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış nikah haqqında qkt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmiş, tərəflər arasında mediasiya qaydasında imzalanmış 25 oktyabr 2021-ci il tarixli, 2021-004430 nömrəli “Barışıq Sazişi”nə əsasən birgə nikahdan olan uşaqları xx.xx.20217-ci il təvəllüdlü X4 anası X1 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsinin razılaşdırılması nəzərə alınması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunuş sənədlərdən görünür ki Maraqlı şəxs ilə X3 arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli “Barışıq Sazişi”nə əsasən onlar birgə nikahlarından olan uşaqları X4 anası X1 yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs X2 hər ayın ilk həftəsi ərzində hər ay 140 manat alimenti ödəməsi barədə üzərinə öhdəlik götürməsi barədə razılaşmışlar. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında maraqlı şəxsin alimentlə bağlı barışıq sazişinin şərtlərinə əməl etdiyini, alimenti ödədiyini bildirmiş, lakin həmin razılıqla əldə edilmiş alimentin məbləği ilə razı olmadığını, alimentin artırılmasını istədiyini bildirmişdir. Beləliklə də, işin faktiki hallarından aydınn olur ki, barışıq sazişi üzrə maraqlı şəxs tərəfindən öhdəlik icra edildiyindən, barışıq sazişinin könüllü icrasından imtina olunmadığından həmin sazişin 2.1.1-ci bəndinin təsdiq edilməsi barədə iddia təmin edilməməlidir. Məhkəmə ərizəçinin alimentin artırılması ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, həmin tələbə barışıq sazişinin təsdiqi qaydasında məhkəmə tərəfindən baxıla, qiymət verilə bilməz. Göstərilənlərə əsasən Ərizəçi onunla Maraqlı şəxs ilə aralarında bağlanmış, mediasiya prossesi nəticəsində 25 oktyabr 2021-ci il tarixli, 2021-004430 nömrəli “Barışıq Sazişinin” 2.1.1-ci bəndinin (Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X5 üçün hər ay 140 (yüz qırx) manat məbləğində aliment ödəyəcək və alimentin ödəmə tarixi 2021ci ilin oktyabr ayından hesablanacaq) təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi onunla Maraqlı şəxs ilə aralarında bağlanmış, mediasiya prossesi nəticəsində 25 oktyabr 2021-ci il tarixli, 2021-004430 nömrəli “Barışıq Sazişinin” 2.1.1-ci bəndinin (Maraqlı şəxs hər ayın ilk həftəsi ərzində X2, övladı X5 üçün hər ay 140 (yüz qırx) manat məbləğində aliment ödəyəcək və alimentin ödəmə tarixi 2021-ci ilin oktyabr ayından hesablanacaq) təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(5-158)-282/2026
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-158)-282/2026
20.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver