Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(5-158)-44/2026 19.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs X4 qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: Ərizəçi maraqlı şəxs X4 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞŞ/MT/030/2024-02773 saylı barışıq sazişinin aşağıdakı bəndlərinin 2. Tərəflər birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 anası X6 himayəsində olmaqla, onunla birlikdə yaşamasına razı olmasının 3. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 15 yanvar 2025-cü il daxil olmaqla hər ayın 15-nə qədər, hər uşağa 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat, xx.xx.2026-cı ildən isə hər uşağa 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində alimenti X9 ödəyəcəyinə dair öhdəlik götürməsinin
3. Tərəf, Qasımov Maraqlı şəxs Günel Rizvan qıznıa məxsus qızıl-zinət əşyalarının əvəzinə ödəyəcəyi 2400 (iki min dörd yüz) manatı xx.xx.2025-ci ildən hər ay 200 manat məbləğində pul ödəyəcəyinə dair öhdəliklərin götürülməsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Sumqayıt regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2972 nömrəli akt qeydi ilə nikahımız qeydiyyata alınmışdır. Ailə qurduqdan sonra fikir ayrılıqları olmuş, xasiyyətləri uyğun gəlməmiş və aralarında söz-söhbət yaranmışdır. Birgə nikahlarından 10 avqust 2017-ci il təvəllüdlü X7 və 15 avqust 2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Nikahlarının pozulması məqsədi ilə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi ərzində cavabdehlə aralarında xx.xx.2025-ci il tarixli, MŞŞ/MT/030/2024-02773 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən: 1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı AZ-İİ№149108 saylı, xx.xx.2016-cı il tarixli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Tərəflər birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 anasıX6 himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2saxlanılması üçün 15 yanvar 2025-cü il daxil olmaqla hər ayın 15-nə qədər, hər uşağa 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat, xx.xx.2026-cı ildən isə hər uşağa 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində alimenti X9 ödəyəcəyinə dair öhdəlik götürür. 3. Tərəf, Qasımov Maraqlı şəxs Günel Rizvan qıznıa məxsus qızıl-zinət əşyalarının əvəzinə ödəyəcəyi 2400 (iki min dörd yüz) manatı xx.xx.2025-ci ildən hər ay 200 manat məbləğində pul ödəyəcəyinə dair öhdəlik götürür. 3. Tərəf, X11 övladları-xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 hər həftənin cümə və şənbə günləri yalnız atasının yanında qalmaq şərti ilə ünsiyyətinə maneəçilik yaratmayacağına dair öhdəlik götürür.
İddia tələbinə qarşı etirazın dəlilləri:
İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin mövqeyi:
Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı elektron ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2, 3 və 3-cü bəndlərindən görünür ki, 2. Tərəflər birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 anası X6 himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 15 yanvar 2025-cü il daxil olmaqla hər ayın 15-nə qədər, hər uşağa 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat, xx.xx.2026-cı ildən isə hər uşağa 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində alimenti X9 ödəyəcəyinə dair öhdəlik götürür. 3. Tərəf, Qasımov Maraqlı şəxs Günel Rizvan qıznıa məxsus qızıl-zinət əşyalarının əvəzinə ödəyəcəyi 2400 (iki min dörd yüz) manatı xx.xx.2025-ci ildən hər ay 200 manat məbləğində pul ödəyəcəyinə dair öhdəlik götürür.
Tətbiq edilən hüquq:
Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat miqdarında müəyyən edilir.
Məhkəmənin mövqeyi:
Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissəsi maraqlı şəxs X8 tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2,3 və 3-cü bəndlərinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir.
Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X8 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 2,3 və 3-cü bəndləri təsdiq edilsin.
2. Tərəflər birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X2 anası X6 himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.
3. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 15 yanvar 2025-ci il daxil olmaqla hər ayın 15-nə qədər, hər uşağa 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat, xx.xx.2026-cı ildən isə hər uşağa 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində alimenti X9 ödəyəcəyinə dair öhdəlik götürür.
3. Tərəf, Qasımov Maraqlı şəxs Günel Rizvan qıznıa məxsus qızıl-zinət əşyalarının əvəzinə ödəyəcəyi 2400 (iki min dörd yüz) manatı xx.xx.2025-ci ildən hər ay 200 manat məbləğində pul ödəyəcəyinə dair öhdəlik götürür. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kamran Musayev