Məhkəmə qərarları › İş №e-2(5-167)-56/2026

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-167)-56/2026

29.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(5-167)-56/2026 29.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 Əli qızının katibliyi, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbi və dəlilləri Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun cavabdeh – Cavabdeh arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01147 nömrəli barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, cavabdeh – Cavabdehla xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə isə övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023 cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən xx.xx.2025-ci il tarixdən etibarən faktiki olaraq ayrı yaşayırlar. Bu səbəbdən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə “nikahın pozulmasına dair” iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin iddia tələbi üzrə e-2(033)-1477/2025 nömrəli mülki iş Zaqatala rayon Məhkəməsinin hakimi Zərifə Məmmədovanın icraatındadır. Aralarında bağlanılmış nikahın pozulmasına, uşaqların kimin yanında saxlanılması və alimentin ödənilməsinə dair razılığın əldə olunması üçün mediasiya prosesi keçirilmiş, nəticədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01147 nömrəli barışıq sazişi imzalanmışdır. Qeyd olunan barışıq sazişinə əsasən: 1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə 30 sentyabr 2018-ci il tarixində, 3 saylı Bakı "ASAN xidmət” X7ndə bağladıqları, 3400 sayı ilə qeydə alınan nikahlarını məhkəmədə 3 ay barışıq müddəti vermədən pozulması barədə razılaşdılar. 2. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşdılar. 3. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 25-30-u aralığında, hər ay hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat aliment məbləğinin 2-ci tərəf Cavabdeh tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar. Lakin aralarında barışıq sazişi ilə razılaşma olmasına baxmayaraq, cavabdeh tərəfindən saziş imzaladığı gündən aliment məbləği ona ödənilmir. Odur ki, hazırda xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01147 nömrəli barışıq sazişinin məcburi icrası üçün həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəyə qarşı etirazın dəlilləri Tələbə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq e-2(5-167)-56/2026 nömrəli xüsusi icraat üzrə xx.xx.2026-cı il tarixinə, saat 12:30-a təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirməklə irəli sürülmüş tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən 05 oktyabr 2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası Ərizəçidır. 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən 08 fevral 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası Ərizəçidır. Cavabdeh ilə Ərizəçi arasında Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, “1. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə 30 sentyabr 2018-ci il tarixində, 3 saylı Bakı “ASAN xidmət“ X7ndə bağladıqları, 3400 sayı ilə qeydə alman nikahlarını məhkəmədə 3 ay barışıq müddəti vermədən pozulması barədə razılaşmışdırlar. 2. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşmışdırlar. 3. Tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və 02,02.2023-cü il təvəllüdlü X1 üçün 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 25-30-u aralığında, hər ay hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat aliment məbləğinin 2ci tərəf Cavabdeh tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşmışdırlar.” məzmununda bəndin nəzərdə tutulduğu saziş bağlamışdırlar. xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ərizənin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Ərizəçi ilə maraqlı şəxs Cavabdeh mediasiyada edilən alimentin tutulması tələbi ilə əlaqədar birgə nikahda olarkən xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 və 02 fevral 2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 25-30 oktyabr 2025ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsinə razılığa gəlmişlər və xx.xx.2025-ci il tarixə qeyd edilən şərtlərlə barışıq sazişi imzalamışdırlar. Ərizəçi maraqlı şəxs Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyini əsas gətirərək birgə nikahlarından xx.xx.2019-ci il tarixdə anadan olmuş X2 və 02 fevral 2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 25-30 oktyabr 2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin ödənilməsinə dair xx.xx.2025-ci il tarixində mediyasiya şurasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 21 oktyabr 2025-ci il tarixli barışıq sazişi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun bağlanmış, sazişdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış halların olması müəyyən edilmir, saziş “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa zidd deyil və sazişin bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan da görünür ki, maraqlı şəxs Cavabdeh 21 oktyabr 2025-ci il tarixdə bağlanmış barışıq sazişinin könüllü icra etməkdən imtina edir və barışıq sazişinin məcburi icra edilməsi üçün onun məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış 21 oktyabr 2025-ci il tarixli barışıq sazişinin “tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 25-30-u aralığında, hər ay hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat aliment məbləğinin 2-ci tərəf Cavabdeh tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar.” dair hissəsi təsdiq edilməlidir. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunu tələb etdiyindən həmin məbləğlər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs Cavabdeh arasında Mediasiya Təşkilatında bağlanmış 21 oktyabr 2025-ci il tarixli barışıq sazişinin “tərəflər, 1-ci tərəf Ərizəçi 2-ci tərəf Cavabdeh ilə birgə nikahdan anadan olan övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 2025-ci ilin oktyabr ayından başlayaraq hər ayın 25-30-u aralığında, hər ay hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumilikdə 492 (dörd yüz doxsan iki) manat aliment məbləğinin 2-ci tərəf Cavabdeh tərəfindən 1-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar” hissəsi təsdiq edilsin. Maraqlı şəxs Cavabdeh 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Ərizəçi verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar