Məhkəmə qərarları › İş №e-2(5-93)-296/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-93)-296/2026

04.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-296/2026 04.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli Toğrul Salman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilmədiyindən, barışıq sazişinin könüllü icrasından imtina olunduğundan barışıq sazişinin məcburi icrası üçün barışıq sazişini təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Bakı 18 saylı Mediasiya Təşkilatında MŞB/18/2025-01023(Marka N: 0120638) saylı xx.xx.2026-cı il tarixli barışıq şazişi ilə birinci tərəf – Ərizəçi və ikinci tərəf – Maraqlı şəxs arasında müvafiq şərtlər əsasında razılaşma əldə olunmuşdur. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunduğu kimi 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Lakin Qanuna və barışıq sazişinə əsasən ikinci tərəf Maraqlı şəxs barışıq sazişini könüllü şəkildə icra etməmiş, mobil telefonlara cavab verməmiş, (ikinci tərəf birinci tərəfin +**********91 mobil nömrəsini bloklamış və heç bir vasitə ilə əlaqə saxlanıla bilinməmişdir) barışıq sazişinin şərtlərini pozmuşdur.

Tərəflərin izahatları.

3. Ərizəçi xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş yerində təyin olunmuş iclasla əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir.

4. Maraqlı şəxs nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin icrası üçün hər hansı maneə olmadığını, iddiaçının uşaqları ilə ünsiyyət qurmasına və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiklərini bildirib barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. 18 saylı Mediasyia təşkilatında tərəflər arasında bağlanaraq mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2026-cı il tarixli, MŞB/18/2025-01023 saylı barışıq sazişinə əsasən Ərizəçi – birinci tərəf, Maraqlı şəxs ikinci tərəf qismində aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Uşaq-xx.xx.2018-ci il təvəllüdlü X3 ana(Maraqlı şəxs) ilə yaşamasına baxmayaraq uşağın asudə vaxtlarında ata(Ərizəçi) həftədə iki dəfə olmaqla, ata tərəfindən ananı müəyyən olunmuş gündən öncəki gün məlumatlandırmasıyla (mobil telefonla), çərşənbə günündə məktəbdə dərslərdən sonra ata və ananın razılaşması əsasında(mobil telefonla) məktəbdən götürərək) 20:00-dək, bazar günləri isə saat 12:00-dan 20:00-dək maneəsiz uşaqlarla ünsiyyət(gəzinti, əyləncə, uşaqla əlaqə saxlama, görüşmə və onun həyatında iştirak etmək) yarada bilər.

2. Uşaq-xx.xx.2024-cü il təvəllüdlü X1 azyaşlı körpə olduğunu nəzərə alaraq onunla ünsiyyət yalnız 1-ci və 3-cü bəndlərdə qeyd olunan vaxtlarda ananın və ya ananın yaxın qohumunun iştirakı ilə ananın yaşadığı ünvanın ətrafında maneəsiz uşaqla ünsiyyət(uşaqla əlaqə saxlama, görüşmə və onun həyatında iştirak etmək) yarada bilər.

3. Birinci tərəf tam mediasiya xərcini (300 manat) ödəməyi öhdəsinə götürür.

Tətbiq edilən hüquq.

6. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi.

8. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, bu saziş qanuna zidd deyil. Həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Həmçinin Maraqlı şəxs nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin icrası üçün hər hansı maneə olmadığını, iddiaçının uşaqları ilə ünsiyyət qurmasına və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiklərini bildirib barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir.

Məhkəmə xərcləri.

10. xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən cəmi 104,60 (yüz dört manat altmış qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/18/2025-01023 saylı xx.xx.2026-cı il tarixli barışıq şazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/18/2025-01023 saylı xx.xx.2026-cı il tarixli barışıq şazişi təsdiq edilsin:

4. Uşaq-xx.xx.2018-ci il təvəllüdlü X3 ana(Maraqlı şəxs) ilə yaşamasına baxmayaraq uşağın asudə vaxtlarında ata(Ərizəçi) həftədə iki dəfə olmaqla, ata tərəfindən ananı müəyyən olunmuş gündən öncəki gün məlumatlandırmasıyla (mobil telefonla), çərşənbə günündə məktəbdə dərslərdən sonra ata və ananın razılaşması əsasında(mobil telefonla) məktəbdən götürərək) 20:00-dək, bazar günləri isə saat 12:00-dan 20:00-dək maneəsiz uşaqlarla ünsiyyət(gəzinti, əyləncə, uşaqla əlaqə saxlama, görüşmə və onun həyatında iştirak etmək) yarada bilər.

5. Uşaq-xx.xx.2024-cü il təvəllüdlü X1 azyaşlı körpə olduğunu nəzərə alaraq onunla ünsiyyət yalnız 1-ci və 3-cü bəndlərdə qeyd olunan vaxtlarda ananın və ya ananın yaxın qohumunun iştirakı ilə ananın yaşadığı ünvanın ətrafında maneəsiz uşaqla ünsiyyət(uşaqla əlaqə saxlama, görüşmə və onun həyatında iştirak etmək) yarada bilər. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Toğrul İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar