Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-93)-929/2026 05.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs1 qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi Maraqlı şəxs1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025ci il tarixdə tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 arasında imzalanan və Bakı 12 saylı Mediasiya Təşkilatının mediatoru X1 təsdiq etdiyi MŞB/12/2025-00096 saylı “Barışıq Sazişi” Maraqlı şəxs1 tərəfindən könüllü icrasından imtina edildiyi üçün sazişin məhkəmə qaydasında təsdiq edilib, birgə nikahda "xxxx" ASC-dən götürülmüş kredit borcunun Barışıq Sazişində razılaşdırılmış şəkildə Maraqlı şəxs1 tərəfindən məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 ilə aralarında olan xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı Asan Xidmət X3 tərəfindən 401 nömrə ilə qeydə alınmış nikahın qeydiyyat orqanlarında pozulması ilə bağlı xx.xx.2025-ci il tarixinədək müraciət edəcəkləri və əmlak tələbi ilə bağlı ailə mübahisəsinə dair Bakı 12 saylı Mediasiya Təşkilatının MŞB/12/2025-00096 saylı, xx.xx.2025-ci il tarixli qarşılıqlı razılaşdırılmışdır. Barışıq Sazişinə əsasən: 1. Birinci tərəfin "xxxx" ASC ilə bağlandığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18,5 faiz olmaqla əsas borc 39000 (otuz doqquz) min manat məbləğində kredit məbləği ikinci tərəfin borclarının bağlanılması üçün birgə nikah dövründə əldə edilmişdir. 2. Tərəflər razilaşır ki, "xxxx" ASC ilə bağlandığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə aylıq kredit məbləğini ilk 3 (üç) ay müddətində Birinci tərəf , 1(bir) ay müddətində isə ikinci tərəf "xxxx" ASC-yə ödəyib. 3. İkinci tərəf öhdəlik öhdəlik götürür ki, xx.xx.2025-ci il tarixindən etibarən Birinci tərəf "xxxx" ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü pul öhdəliyini faizləri ilə birlikdə hissə-hissə Birinci tərəfə ödəyəcəkdir. 4. İkinci tərəf üzərinə götürdüyü 8 (səkkiz) ay müddətində öhdəliyi ardıcıl yerinə yetirmədikdə barışıq Sazişinin məcburi icrası üçün məhkəməyə müraciət ediləcəkdir. Hal-hazırda Maraqlı şəxs1 yuxarıda qeyd olunan “Barışıq sazişi” üzrə öhdəliyini icra etmir və icra etməkdən imtina edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin dəlillərinə uyğun izahat verərək ərizəni təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Mülki işin materialları:
5. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/12/2025- 00096 saylı Barışıq Sazişinə əsasən: (birinci tərəf Ərizəçi, ikinci tərəf Maraqlı şəxs1) - Tərəflər nikahın davam etdirilməsinə razı olmadılar və xx.xx.2019-cu ildə 1 saylı Bakı ASAN Xidmət Mərkəzində 401 nömrə ilə qeydə alınmış nikahın qeydiyyat orqanında pozulması ilə bağlı xx.xx.2025-ci il tarixdə qeydiyyat şöbəsinə müraciət edəcəklər. - Tərəflər əmlak tələbi ilə bağlı ailə mübahisəsini aşağıdakı şərtlərlə qarşılıqlı razılıqla məhkəmədən kənar həll edirlər. - Tərəflər razılaşır ki, birinci tərəfin "xxxx" ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18,5 faiz olmaqla, əsas borc 39000 manat məbləğində kredit məbləği ikinci tərəfin borclarının bağlanılması üçün birgə nikah dövründə əldə edilmişdir. - Tərəflər razılaşır ki, "xxxx" ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə aylıq kredit məbləğini ilk 3 ay müddətində birinci tərəf, 1 ay müddətində isə ikinci tərəf "xxxx" ASC-yə ödəyib. - İkinci tərəf öhdəlik götürür ki, xx.xx.2025-ci il tarixindən etibarən birinci tərəfin "xxxx" ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü pul öhdəliyini faizləri ilə birlikdə hissə-hissə birinci tərəfə ödəyəcəkdir. - İkinci tərəf üzərinə götürdüyü öhdəliyi 8 ay müddətində ardıcıl yerinə yetirmədikdə barışıq sazişinin məcburi icrası üçüb məhkəməyə müraciət ediləcəkdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:
6. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
7. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
8. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
9. 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikası Mülki Məcəllənin:
10. 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
11. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
12. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
13. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
14. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
15. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
16. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
17. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
22. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:
23. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;
24. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
25. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
26. Məhkəmə qeyd edir ki, tərəflər razılığa gəlməklə mediasiya prosesində barışıq əldə etmiş və barışıq sazişi qanuni şəkildə bağlanmış, tərəflər barışıq sazişini öz imzaları ilə təsdiq etmişdirlər, həmçinin barışıq sazişinin bəndlərinin hər hansı digər şəxslərin hüquqlarına toxunmadığı müəyyən edilmişdir.
27. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
28. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin tələblərinə əməl olunmadığını, cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilmədiyini qeyd etmişdir.
29. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin qismən təsdiq edilməsi barədə ərizə təmin edilməli, Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00096 saylı barışıq sazişi 3,4 və 5 ci bəndləri hissəsində təsdiq edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs1 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi”nə dair ərizəsi təmin edilsin. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs1 arasında bağlanan xx.xx.2025-ci il tarixli, MŞB/12/2025-00096 saylı barışıq sazişi: - Tərəflər razılaşır ki, birinci tərəfin "xxxx" ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18,5 faiz olmaqla, əsas borc 39000 manat məbləğində kredit məbləği ikinci tərəfin borclarının bağlanılması üçün birgə nikah dövründə əldə edilmişdir. - Tərəflər razılaşır ki, tərəfin "xxxx" ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə aylıq kredit məbləğini ilk 3 ay müddətində birinci tərəf, 1 ay müddətində isə ikinci tərəf "xxxx" ASC-yə ödəyib. - İkinci tərəf öhdəlik götürür ki, xx.xx.2025-ci il tarixdən etibarən birinci tərəfin "xxxx" ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 9507nkNARb/24 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü pul öhdəliyini faizləri ilə birlikdə hissə-hissə birinci tərəfə ödəyəcəkdir.” hissələrində təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova