Məhkəmə qərarları › İş №e-2(5-94)-182/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-94)-182/2026

16.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-94)-182/2026 16.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı6 Həmdulla qızı, İddiaçı1, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:

1. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı6 Həmdulla qızı, İddiaçı1, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi adiyyətinin müəyyən edilməlidir, belə ki, qanunvericiliyin tələbinə əsasən aidiyyat qaydalarının pozulması yolverilməzdir. Eyni zamanda cavabdehin məhkəmə iclasına çağırılması və sənədlərin surətlərinin göndərilməsi üçün əvvəlcədən rəsmi qeydiyyatı, Azərbaycan Respublikasında yaşayış yeri və axırıncı yaşayış yeri, cavabdehin əmlakının olduğu yer barədə məlumat olmalıdır.

5. Məhkəmə, həmçinin, iddiaçının tələbinin hüquqi mahiyyətini araşdıraraq müəyyən etmişdir ki, hazırkı iddia nə daşınmaz əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlı vindikasiya iddiası, nə də mülkiyyətçinin əmlakdan istifadə və sərəncam hüquqlarına maneələrin aradan qaldırılmasına yönəlmiş neqator iddia xarakteri daşıyır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sübutlardan görünür ki, iddiaçının tələbi subroqasiya hüququndan irəli gələn pul vəsaitinin tutulmasına yönəlmişdir və mübahisənin predmeti daşınmaz əmlak üzərində hüququn tanınması, bərpası və ya müdafiəsi deyil. Bu səbəbdən hazırkı iş üzrə müstəsna (xüsusi) ərazi aidiyyəti qaydalarının tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir və mübahisəyə ümumi ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılmalıdır. Hazırki mülki iş üzrə iddiaçının tələbi subroqasiya üzrə pul tələbidir. Məhkəmə qeyd edir ki, Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən, Cavabdeh Bakı şəhəri, Xətai rayonunda deyil, ünvan 1 ünvanında qeydiyyatda olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. (§2)

6. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Xətai rayonunda qeydiyyatda olmadığından iddiaçının hazırki iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, məhkəmə aidiyyəti qaydalarının pozulması yol verilməzdir, bu son nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ”nun təminatını pozmuş olur.

7. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.

8. İddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.

9. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 152.1.3 və 263-264-cü maddələrinə əsasən məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı6 Həmdulla qızı, İddiaçı1, İddiaçı3 və İddiaçı5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı6 Həmdulla qızı, İddiaçı1, İddiaçı3 və İddiaçı5 hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.

3. İddiaçı3 tərəfindən xx.xx.2026-cı il tarixdə ödənilmiş ********** qəbz nömrəli 390.41 (üç yüz doxsan manat qırx bir qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

4. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

5. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar