Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-98)-146/2026 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Həsənov İlyas İnqilab oğlu, ərizəçi İddiaçı maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxs göstərməklə “ölüm faktının müəyyən edilməsi” tələbi barədə xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi İddiaçı maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxs göstərməklə babası X3 xx.xx.1966-ci il tarixdə və nənəsi X1 xx.xx.2000-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi tələbi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, hazırkı iş üzrə X4 və X2 barədə “Ölüm haqqında tibbi şəhadətnamə”lərin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamələrin hansı səbəblərdən alınmaması barədə sənədlər əlavə edilməmişdir.
4. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərin siyahısında ərizəçiyə X2 barədə Bakı şəhəri Yasamal rayon qeydiyyat idarəsi və X4 barədə 1 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlar mövcuddur və hər iki arayışda da ərizəçinin “Ölüm haqqında tibbi şəhadətnamə”ləri təqdim edə bilmədiyi üçün ölüm faktının qeydə alınmadığı göstərilmişdir. Bu baxımdan, ərizəçi tərəfindən ilk növbədə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün aidiyyəti tibb müəssisəsinə müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sənədlərin təqdim edilməsi zəruridir.
5. İddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, ərizənin verilməsi üçün xx.xx.2026-cı il tarixdə dövlət büdcəsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz №: **********88).
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1, 114.1.3-cü maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 151.1-ci maddə. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 306.1-ci maddə. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 310.1-ci maddə. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
8. Məhkəmə hesab edir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”lərin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamələrin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilmədiyi üçün ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir.
Nəticə
9. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxs göstərməklə “ölüm faktının müəyyən edilməsi” tələbi barədə xüsusi icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçi İddiaçı geri qaytarılsın (qəbz №: **********88). Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim İlyas Həsənov